Minifutbol millimiz çempionluğu azarkeşlərlə qeyd etdi - YENİLƏNİB + VİDEO

7 İyun 2026 22:10
1 057
Minifutbol millimiz çempionluğu azarkeşlərlə qeyd etdi - YENİLƏNİB + VİDEO

Azərbaycanın minifutbol millisi Avropa çempionu kimi Bakıda azarkeşlərin qarşısına çıxıb.

İdman.Biz xəbər verir ki, yığma komandanın üzvləri Qənimətlər Parkının qarşısında təşkil olunan görüşdə fanatlarla bir araya gəlib,

Azarkeşlər komandaya dəstək şüarları səsləndiriblər, onlarla şəkil çəkdiriblər.

Tədbirin ardından milli komanda üçün xüsusi avtobusla şəhər turu təşkil olunub.

Qeyd edək ki, Slovakiyanın Bratislavada şəhərində keçirilən turnirdə minifutbol üzrə Azərbaycan millisi tarixində ikinci dəfə Avropa çempionu olub, finalda Ukrayna komandasına 2:0 hesabı ilə qalib gəlib. Elşad Quliyevin yetirmələri ilk Avropa çempionluğu titulunu 2022-ci ildə qazanıblar. Ötən il Azərbaycan millisi tarixində ilk dəfə Bakıda keçirilən dünya çempionatının “qızıl” medalına sahib olub.

09:38

Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandası bu gün - 7 iyun tarixində azarkeşlərlə bir araya gələcək.

İdman.Biz xəbər verir ki, milli komandanın üzvləri saat 17:30-da Qənimətlər Parkının qarşısında toplaşacaqlar. Daha sonra yığma üzvləri onlar üçün ayrılan xüsusi avtobusla şəhər turuna çıxacaqlar.

Futbolçular Avropa çempionluğu sevincini azarkeşlərlə birlikdə qeyd edəcəklər.

İdman.Biz