Azərbaycan gimnastları Dünya Kubokuna ölkə çempionatı ilə hazırlaşırlar - VİDEO

10 İyun 2026 16:15
119
Azərbaycan gimnastları Dünya Kubokuna ölkə çempionatı ilə hazırlaşırlar - VİDEO

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Selcan Mahsudova və Aylin Ağazadə Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası üzrə 10-cu ölkə çempionatından sonra fikirlərini bölüşüblər.

İdman.Biz-ə açıqlamasında Selcan Mahsudova yarışın yığma üzvləri üçün vacib hazırlıq mərhələsi olduğunu bildirib.

O, Avropa çempionatından sonra uzun müddət yarışlarda iştirak etmədiklərini deyib:

“Avropa çempionatından sonra uzun müddət idi ki, yarışlarda iştirak etmirdik. Bu ölkə çempionatı bizim üçün hazırlıq xarakterli oldu. Çünki bir həftədən sonra Dünya Kuboku mərhələlərində çıxış edəcəyik. İnşallah, əvvəlcə İsveçrədə, daha sonra isə Portuqaliyada keçiriləcək Dünya Kuboku yarışlarına yollanacağıq”.

Aylin Ağazadə isə ölkə çempionatındakı çıxışından razı qaldığını bildirib. Gimnast qızıl medal qazandığı üçün sevindiyini vurğulayıb:

“Gimnastika məktəbini təmsil edirəm. Ölkə çempionatımız çox gözəl keçdi və qızıl medala layiq görüldüm. Buna görə müəllimlərimə və Azərbaycan Gimnastika Federasiyasına çox təşəkkür edirəm”.

Qeyd edək ki, ölkə çempionatı Azərbaycan gimnastları üçün qarşıdakı beynəlxalq yarışlar öncəsi hazırlıq xarakteri daşıyıb.

İdman.Biz