Bakıda bədii gimnastika üzrə 31-ci ölkə çempionatı keçiriləcək

23 İyul 2026 16:39
107
Bakıda bədii gimnastika üzrə 31-ci ölkə çempionatı keçiriləcək

Avqustun 4-6-da Bakı İdman Sarayı bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatına ev sahibliyi edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, üç gün davam edəcək yarışda ölkənin müxtəlif klublarını təmsil edən gimnastlar qüvvələrini sınayacaqlar.

İştirakçılar müxtəlif proqramlarda zəriflik, çeviklik, texniki ustalıq və artistizm tələb edən çıxışlarla mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış avqustun 6-da yekunlaşacaq.

İdman.Biz