Azərbaycanda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçirilib.
İdman.Biz xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə baş tutan yarışa “Ocaq Sport” klubu ev sahibliyi edib.
Xüsusi Olimpiya proqramı çərçivəsində keçirilən yarışda atletlər müxtəlif proqramlar üzrə çıxış edərək bacarıqlarını nümayiş etdiriblər.
Tədbirin əsas məqsədi əqli məhdudiyyəti olan şəxslərin idmana cəlb edilməsi, fiziki bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi olub.
Bu cür yarışlar atletlərin özünəinamının artmasına, yarış təcrübəsi qazanmasına, sosial əlaqələrinin genişlənməsinə və yeni dostluqlar qurmasına şərait yaradır.
Yarışın sonunda iştirakçılar medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.
