Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri uğurlu çıxış ediblər.
İdman.Biz xəbər verir ki, tamblinq üzrə ikinci təsnifat mərhələsinin nəticələrinə əsasən, Mixail Malkin 30.100 xalla üçüncü, Tofiq Əliyev isə 29.600 xalla altıncı yeri tutaraq finala vəsiqə qazanıblar.
Qeyd edək ki, Azərbaycanın tamblinq üzrə kişi yığması təsnifat mərhələsində 87,200 xal toplayaraq birinci yeri tutub.
Noyabrın 4-də start götürən dünya çempionatı ayın 8-dək davam edəcək.
