Azərbaycanın iki batutçusu dünya çempionatının yarımfinalına yüksəlib

5 Noyabr 2026 22:11
39
Azərbaycanın iki batutçusu dünya çempionatının yarımfinalına yüksəlib

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında Azərbaycanın daha iki təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, batut gimnastikasının fərdi proqramında Selcan Mahsudova 56,390 xal toplayaraq 12-ci yeri tutub və yarımfinala yüksəlib.

Kişilərin fərdi yarışında çıxış edən Maqsud Mahsudov isə 62,180 xalla təsnifat mərhələsini 10-cu pillədə tamamlayaraq yarımfinalda iştirak hüququ əldə edib.

Xatırladaq ki, Mahsudovlar daha əvvəl qarışıq sinxron proqramda 50,250 xalla növbəti mərhələyə yüksəliblər.

Noyabrın 4-də start götürən dünya çempionatı ayın 8-dək davam edəcək.

İdman.Biz