“Mançester Yunayted” Lyuk Şounun yerinə “Vest Hem”dən oyunçu gətirir

1 May 2026 18:47
194
“Mançester Yunayted” Lyuk Şounun yerinə “Vest Hem”dən oyunçu gətirir

“Mançester Yunayted” bu yay “Vest Hem”in sol cinah müdafiəçisi El-Hadji Malik Diufu transfer etməyi düşünür.

İdman.Biz bu barədə “The Guardian”a istinadən məlumat verir.

Mənbəyə görə, “qırmızı şeytanlar” 21 yaşlı futbolçunu Lyuk Şou üçün rəqib kimi görürlər. “Mançester Yunayted”in yarımmüdafiəçi transferlərindən sonra sol müdafiə xəttini gücləndirməyə diqqət yetirməsi gözlənilir.

Bu mövsüm Diuf bütün yarışlarda 30 oyunda iştirak edib və beş məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 28 milyon avrodur.

İdman.Biz