“Beşiktaş” qələbə ilə dördüncü yerdə möhkəmlənib

1 May 2026 23:38
793
“Beşiktaş” qələbə ilə dördüncü yerdə möhkəmlənib

Türkiyə Superliqasında 32-ci turun iki oyunu olub.

İdman.Biz bildirir ki, “Qaziantep” “Beşiktaş”ı qəbul edib.

Oyun 2:0 hesabı ilə İstanbul təmsilçisinin xeyrinə qurtarıb.

Hesabı 8-ci dəqiqədə Tyaqu Calo açıb. 22-ci dəqiqədə Kristyan Aslani ikinci qolu vurub.

“Beşiktaş” 32 oyundan sonra 59 xalla 4-cü yerdədir. 31 oyundan 51 xal toplamış “Başakşehir” 5-cidir. “Qaziantep” 37 xalla onuncu yerdə qərarlaşıb.

“Rizespor” isə öz meydançasında “Konyaspor”u məğlub edib – 3:2. Bu oyundan sonra hər iki komandanın 40 xalı var. “Rizespor” 8-ci, “Konyaspor” isə 9-cudur.

İdman.Biz