Rafinya “Barselona”dan ayrılacağı ilə bağlı şayiələri təkzib edib

7 May 2026 09:08
140
Rafinya “Barselona”dan ayrılacağı ilə bağlı şayiələri təkzib edib

“Barselona”nın hücumçusu Rafinya klubdan ayrıla biləcəyi ilə bağlı xəbərləri təkzib edib.

İdman.Biz bildirir ki, o, bu barədə yazan jurnalisti tənqid edib.

“Mənim mümkün gedişimlə bağlı həmin məqaləni yazan jurnalist əvvəllər mənim haqqımda başqa yalan məlumatlar dərc etmişdi. O, klubla görüşdüyümü iddia edib və “Barselona”da qalıb-qalmayacağım da daxil olmaqla şübhələrim olduğunu bildirib.

Bu adam yalan danışmaqdan başqa bir şey etmir. Hər dəfə bir xəbər dərc etdikdə onu silməli olur - həmişə və ya demək olar ki, həmişə. Onun dediyi hər şey tamamilə mənasızdır", - “Barca Times” qəzeti Rafinyanın sosial media hesabından sitat gətirib.

Daha əvvəl mediada Rafinyanın “Barselona” rəhbərliyini klubdakı gələcəyi ilə bağlı şübhələri barədə məlumatlandırdığı bildirilirdi. Rafinya zədə səbəbindən bu mövsüm həm klub, həm də milli üçün 23 oyunu buraxıb. Oyunçunun “Barselona” ilə hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir.

İdman.Biz
Məqalədə: