“Pari Sen-Jermen” ardıcıl mövsümlərdə UEFA Çempionlar Liqasını qazanan ikinci klub ola bilər.
İdman.Biz bildirir ki, yarımfinalda parislilər “Bavariya”nı məğlub ediblər (5:4, 1:1). Yarımfinalın ikinci oyunu “Arena Munich”də keçirilib.
Ötən mövsümün finalında PSJ “İnter Milan”ı darmadağın edib (5:0).
Daha əvvəl yalnız “Real Madrid” titulunu qoruya bilib (2015/2016, 2016/2017, 2017/2018).
“Arsenal” və PSJ turnirin qalibini 30 may şənbə günü keçiriləcək üz-üzə oyunda müəyyən edəcəklər. Komandalar Macarıstanın Budapeşt şəhərindəki “Puşkaş Arena”da oynayacaqlar.
