Dembelenin qolu Çempionlar Liqasının yarımfinalları tarixində ən sürətli qollar arasındadır

7 May 2026 03:14
9
Dembelenin qolu Çempionlar Liqasının yarımfinalları tarixində ən sürətli qollar arasındadır

PSJ-nin hücumçusu Usman Dembele Çempionlar Liqasının yarımfinal tarixinin ən sürətli qollarından birini vurub.

İdman.Biz-in məlumatına görə, fransız hücumçu “Bavariya”ya qarşı cavab oyununda, matçın 2 dəqiqə 19 saniyəsində qol vurub.

Matç 1:1 hesabı ilə bitib.

Bu qol Avropanın ən yaxşı klub yarışının yarımfinal tarixində üçüncü ən sürətli qol olub.

Turnirin bu mərhələsində yalnız “İnter Milan”da “Barselona”ya qarşı 30-cu saniyədə qol vuran Markus Türam və “Mançester Siti”də “Real Madrid”ə qarşı oyunun başlamasından 1 dəqiqə 34 saniyə sonra qol vuran Kevin De Bruyne Dembeledən daha sürətli qol vurublar.

İdman.Biz