Xviça Çempionlar Liqasında tarixi rekorda imza atıb

6 May 2026 23:58
142
Xviça Çempionlar Liqasında tarixi rekorda imza atıb

PSJ-nin oyunçusu Xviça Kvaratsxeliya adını Çempionlar Liqası tarixinə yazdırıb.

İdman.Biz-in Opta Sports-a istinadən verdiyi məlumata görə, cinah hücumçusu turnir tarixində tək bir Çempionlar Liqası mövsümündə ardıcıl yeddi pley-off matçında məhsuldarlığı ilə fərqlənən ilk oyunçu olub.

Kvaratsxeliya bu yeni nailiyyəti Münhendə “Bavariya”ya qarşı yarımfinalın cavab oyununda əldə edib. Oyunun ilk dəqiqələrində gürcü oyunçu hesabı açan Usman Dembeleyə məhsuldar ötürmə edib.

Qeyd edək ki, əvvəllər heç kim Avropanın ən yaxşı turnirinin pley-off matçında belə qol seriyasına nail olmamışdı.

İdman.Biz