“Barselona” transferlər üçün xeyli oyunçu satmağa hazırlaşır

6 May 2026 23:27
142
“Barselona” transferlər üçün xeyli oyunçu satmağa hazırlaşır

“Barselona” klubu yay transfer pəncərəsində oyunçu satışından təxminən 100 milyon avro qazanmağı planlaşdırır.

İdman.Biz-in ESPN-ə istinadən verdiyi məlumata görə, Kataloniya klubu baş məşqçi Hans-Diter Flikin xahişi ilə heyətini yenidən qurmaq niyyətindədir.

Mənbənin məlumatına görə, “Barselona” Ferran Torres, Jül Kunde və Rafinya da daxil olmaqla, yeni transferlər etmək üçün bir neçə oyunçu ilə ayrılmağa hazırdır.

Klubun bir neçə mövqeyi gücləndirməyi planlaşdırdığı bildirilir. Əsas prioritetlər mərkəz müdafiəçisi və hücumçudur, lakin yeni cinah oyunçusu da nəzərdən keçirilir. Bundan əlavə, Robert Levandovski və Ferran Torres komandadan ayrılarsa, “Barselona” başqa bir hücumçu üçün bazara çıxa bilər.

“Monako”da icarədə olan Mark Kasado və Ansu Fatinin də klubdan ayrılmağa yaxın olduqları bildirilir.

“Atletiko Madrid”in hücumçusu Xulian Alvares və “İnter”in müdafiəçisi Alessandro Bastoni “Barselona”nın əsas transfer hədəfləri arasındadır.

İdman.Biz