“Barselona”nın baş məşqçisi Hans-Diter Fliki təmsil edən futbol agenti Pini Zahavi, müştərisinin “blauqrana” ilə müqaviləsini uzatmaq üçün Kataloniya paytaxtına gəlib.
Bu barədə sosial media platforması X-də məlumat verən Fabrizio Romano bildirib.
Mənbənin məlumatına görə, kataloniyalılarla alman məşqçi arasında yeni müqavilə 2028-ci ilin yayına qədər davam edəcək. Flikin “Barselona” ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonunda başa çatır. Məşqçi komanda ilə 2024-cü ilin yayına qədər işləyir.
“Barselona” 34 oyundan 88 xalla İspaniya liqasının turnir cədvəlində birinci yerdədir. Onlar ən yaxın rəqibi "Real Madrid"dən 11 xal öndədirlər.
