İtaliya A Seriyasının 2025/2026 mövsümünün 35-ci turu çərçivəsində “Cüzeppe Meatsa” stadionunda keçirilən qarşılaşmada İtaliyanın “İnter” futbol komandası “Parma”nı qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, meydan sahiblərinin ilk qolunu qarşılaşmanın 45+1-ci dəqiqəsində hücumçu Markus Türam rəqib qapısından keçirib. İkinci hissədə isə yarımmüdafiəçi Henrix Mxitaryan səksəninci dəqiqədə fərqlənərək komandasının ikinci qoluna imza atıb.
Bu qələbə sayəsində xallarının sayını 82-yə çatdıran “İnter” İtaliya çempionluğunu qazanıb. Hazırda turnir cədvəlinin birinci pilləsində qərarlaşan milanlılar ən yaxın izləyicisi “Napoli”ni 12 xal qabaqlayır. “Parma” isə 42 xalla on ikinci yerdədir.
22:10
İtaliya A Seriyasının 35-ci turu çərçivəsində Turin “Yuventus”u öz meydanında “Verona” komandasını qəbul edib. “Alyans” stadionunda baş tutan qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
İdman.Biz xəbər verir ki, oyunda hesabı qonaqlar açıblar. Matçın 34-cü dəqiqəsində Kiron Boui fərqlənərək “Verona”nı önə çıxarıb. Turinlilər bu qola ikinci hissədə cavab verə biliblər. 62-ci dəqiqədə Duşan Vlahoviç rəqib qapısına yol taparaq tarazlığı bərpa edib.
Qeyd edək ki, 35 oyundan sonra aktivində 65 xalı olan “Yuventus” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Turnir cədvəlinin sonlarında yer alan “Verona” isə 20 xalla 19-cu yerdədir.
19:08
İtaliya A seriyasının 35-ci turunda “Milan” səfərdə “Sassuolo”nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, oyunun hələ beşinci dəqiqəsində Domeniko Berardi “Sassuolo”nu hesabda önə çıxarıb. 24-cü dəqiqədə isə qonaqların müdafiəçisi Fikayo Tomori ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Azlıqda qalan “Milan” ikinci hissənin əvvəlində, yəni 47-ci dəqiqədə daha bir qol buraxıb. Bu dəfə Arman Loriente fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib.
Bu məğlubiyyətdən sonra 35 oyundan 67 xalı olan “Milan” turnir cədvəlində üçüncü pillədə qalıb. Hesabındakı xalların sayını 49-a çatdıran “Sassuolo” isə doqquzuncu yerə yüksəlib.
18:06
İtaliya A seriyasının 35-ci turu çərçivəsində keçirilən “Bolonya” - “Kalyari” matçında qalib müəyyənləşməyib. Qarşılaşmada tərəflər qolsuz bərabərliyə razılaşıblar.
İdman.Biz xəbər verir ki, bu nəticədən sonra xallarının sayını 49-a çatdıran “Bolonya” turnir cədvəlinin səkkizinci pilləsinə yüksəlib. “Kalyari” isə 37 xalla 15-ci sırada qərarlaşıb. Meydan sahibləri bu heç-heçə ilə iki oyunluq məğlubiyyət seriyasına son qoyublar.
Növbəti turda “Bolonya” mayın 11-də səfərdə İtaliyanın “Napoli” futbol komandası ilə üz-üzə gələcək. “Kalyari” isə mayın 10-da öz meydanında “Udineze”ni qonaq edəcək.
