Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı”ya üç top fərqi ilə qalib gəldi - YENİLƏNİB + VİDEO

3 May 2026 17:59
1 388
Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı”ya üç top fərqi ilə qalib gəldi - YENİLƏNİB + VİDEO

Futbol üzrə Misli Premyer Liqasının 30-cü turu çərçivəsində keçirilən “Şamaxı” - “Sabah” qarşılaşması başa çatdı.

İdman.Biz xəbər verir ki, Kamal Umudlunun idarə etdiyi oyun qonaqların qələbəsi ilə başa çatıb.

Oyunda hesab 37-ci dəqiqədə Stiv Solvet açıb. 77-ci dəqiqədə Mikels "Sabah"ın ikinci qolunu vurub. Uzatma dəqiqələrində isə Umarali Raxmonaliyev penalti zərbəsi ilə yekun hesabı müəyyənləşdirib - 0:3.

Bu nəticə ilə “Şamaxı” 35 xalla turnir cədvəlinin səkkizinci pilləsində qalıb. Lider “Sabah” isə xallarını 75-ə çatdırıb.

17:55

Umarali Raxmonaliyev 90+1-ci dəqiqədə hesab arasındakı fərqi bir qədər də artırır - 0:3.

17:47

Mikels 77-ci dəqiqədə "Sabah"ın ikinci qolunu vurdu - 0:2.

16:51

Aaron Maluda birinci hissənin uzatma dəqiqələrində "Sabah"ın ikinci qolunu vursa da, VAR oyundan kənar vəziyyətə görə qolu qeydə almadı.

16:39

37-ci dəqiqədə Stiv Solvet hesabı açır - 0:1.

15:59

Misli Premyer Liqasının 30-cü turu çərçivəsində keçirilən “Şamaxı” - “Sabah” qarşılaşması başladı.

15:03

“Şamaxı” futbol üzrə Misli Premyer Liqasının 30-cu turunda Şamaxı şəhər stadionu “Sabah”ı qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 16:00-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

"Şamaxı": 1.R.Fernandes, 17.R.Məhərrəmli, 82.R.Abbasov, 5.A.Ağcabəyov, 10.A.Tirkoveanu, 3.V.Veremeyev, 27.E.Süleymanov, 9.K.Rossi, 11.D.Balau, 4.S.Enrike, 44.D.Santos.

Ehtiyat heyət: 62.A.Seydəhmədov, 99.S.Həşimov, 7.E.Adilxanov, 8.A.Msanqa, 80.H.İsmayılov, 19.A.Şuaybu, 21.B.İsmayılov, 14.R.Qafarov, 77.N.Mehralıyev, 88.R.Fernandeş.

Baş məşqçi: Ayxan Abbasov.

"Sabah": 55.N.Mehbalıyev, 5.R.Daşdəmirov, 2.A.Seydiyev, 13.İ.Lepiniça, 11.K.Parris, 7.U.Raxmonaliyev, 3.S.Solvet, 21.V.Simiç, 27.T.Puxaç, 19.A.Maluda, 99.P.Mbina.

Ehtiyat heyəti: 94.R.Mirzəmmədov, 92.S.Pokatilov, 17.T.Mütəllimov, 20.C.Mikels, 70.C.Sekidika, 40.İ.Noqeyra, 83.S.Ende, 53.A.Santos, 9.X.Əliyev, 89.C.Muxtarov.

Baş məşqçi: Valdas Dambrauskas.

09:23

Bu gün futbol üzrə Misli Premyer Liqasının 30-cü turu çərçivəsində “Şamaxı” “Sabah”ı qəbul edəcək.

İdman.Biz xəbər verir ki, saat 16:00-da start götürəcək qarşılaşmanı Kamal Umudlu idarə edəcək.

“Şamaxı” 35 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. 72 xala malik “Sabah” isə liderdir.

Misli Premyer Liqası
Üçüncü dövrə, 30-cu tur
3 may (bazar)
16.00. “Şamaxı” - “Sabah”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı şəhər stadionu

Qeyd edək ki, tura mayın 5-də yekun vurulacaq.

İdman.Biz