“Çelsi” və “Arsenal” “Brentford”un hücumçusu ilə maraqlanır

3 May 2026 09:08
147
“Çelsi” və “Arsenal” “Brentford”un hücumçusu ilə  maraqlanır

Jurnalist və insayder Nikolo Şiranın sosial media hesabında verdiyi məlumata görə, “Çelsi” və “Arsenal” “Brentford”un hücumçusu İqor Tyaqo ilə maraqlanır.

İdman.Biz bildirir ki, hücumçu bu mövsüm klubun heyətində bütün yarışlarda 37 oyunda 25 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Mançester Yunayted”in daha əvvəl oyunçu ilə maraqlandığı və “Brentford”un da müqavilənin 71 milyon funt sterlinqdən (81,6 milyon avro) çox olacağı təqdirdə braziliyalı oyunçu üçün təklifləri nəzərdən keçirməyə hazır olduğu bildirilirdi.

İqor Tyaqo “Brentford”a 2024-cü ilin iyul ayında qoşulub. Onun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. Transfermarkt-ın məlumatına görə, İqor Tyaqonun bazar dəyəri 50 milyon avrodur.

İdman.Biz