“Şalke 04” üç mövsümdən sonra Bundesliqaya qayıdıb

3 May 2026 04:14
323
“Şalke 04” üç mövsümdən sonra Bundesliqaya qayıdıb

İkinci Bundesliqanın 32-ci turunun “Şalke” (Gelzenkirxen) və “Fortuna” (Düsseldorf) komandaları arasında keçirilən oyun 1:0 hesabı ilə birincilərin qələbəsi ilə bitib.

İdman.Biz bildirir ki, qarşılaşma Gelzenkirxendəki “AufŞalke” stadionunda baş tutub.

Kənan Karaman oyunun yeganə qolunu 15-ci dəqiqədə vurub.

Bu oyundan sonra “Şalke” 67 xalla İkinci Bundesliqanın turnir cədvəlinə başçılıq edir və Bundesliqaya yüksəlmək şansı qazanıb. Bir oyunu az olan və 58 xalla ikinci yerdə olan “Paderborn” xal baxımından “Şalke”ni keçə bilməyəcək. Xallar bərabərləşərsə, Gelzenkirxen komandası bu mövsüm rəqibləri üzərində iki qələbə qazandığı üçün üstünlüyə sahib olacaq. 34 xalla “Fortuna” 15-ci yerdədir.

İdman.Biz