La Liqa: “Barselona” “Osasuna” üzərində qələbə ilə çempionluğa bir addım da yaxınlaşıb - YENİLƏNİB + VİDEO

3 May 2026 01:19
1 257
La Liqa: “Barselona” “Osasuna” üzərində qələbə ilə çempionluğa bir addım da yaxınlaşıb

İspaniya La Liqasının 2025/2026 mövsümünün 34-cü turunda “Osasuna” və “Barselona” arasında keçirilən oyun başa çatıb. Oyun Pamplonadakı “El Sadar” stadionunda baş tutub. Hakim İsidro Dias de Mera Eskuderos olub. Qonaq komanda matçı 2:1 hesabı ilə qazanıb.

“Barselona”nın oyunçusu Robert Levandovski 81-ci dəqiqədə hesabı açdı. Beş dəqiqə sonra Ferran Torres “Barselona”nın üstünlüyünü ikiqat artırdı. “Osasuna”nın oyunçusu Raul 89-cu dəqiqədə fərqi azaldıb.

“Qırmızılar”ın 42 xalı var və İspaniya çempionatının turnir cədvəlində 10-cu yerdədir. “Blauqrana”nın 88 xalı var və onlar birinci yerdədirlər. İkinci yerdəki "Real"ın 74 xalı var. Əgər bu turda Madrid klubu qələbə qazanmasa, "Barsa" erkən çempion olacaq.

22:57

İspaniya La Liqasının 34-cü turunun “Alaves” və “Atletik Bilbao” komandaları arasında keçirilən oyun başa çatıb. Komandalar Vitoriyadakı “Mendizorroza” stadionunda qarşılaşıblar. Qonaq komanda matçı 4:2 hesabı ilə qazanıb.

“Alaves”in yarımmüdafiəçisi Antonio Blanko səkkizinci dəqiqədə hesabı açıb. “Atletik”in hücumçusu Robert Navarro 46-cı dəqiqədə hesabı bərabərləşdirib. Müdafiəçi Nahuel Tenalla 68-ci dəqiqədə ev sahibi komandanı irəli çıxarıb. Altı dəqiqə sonra “Atletik”in yarımmüdafiəçisi Oian Sanset hesabı bərabərləşdirib. Hücumçu Niko Uilyams 83-cü dəqiqədə komandasını irəli çıxarıb və dörd dəqiqə sonra ikinci qolunu vurub.

“Alaves” İspaniya liqasında 34 oyundan 36 xalla 17-ci yerdədir. “Atletik” isə 44 xalla La Liqa turnir cədvəlində səkkizinci yerdədir.

20:50

İspaniya La Liqasının 34-cü turunun “Valensiya” və “Atletiko Madrid” komandaları arasında keçirilən oyun başa çatıb. Komandalar Valensiyadakı “Mestalla” stadionunda qarşılaşıblar. Qonaq komanda matçı 2:0 hesabı ilə qazanıb.

“Atletiko Madrid”in hücumçusu İker Luke 74-cü dəqiqədə hesabı açıb. Migel Loryente 82-ci dəqiqədə Valensiya klubuna qapısına ikinci qolu vurub.

“Valensiya” İspaniya liqasında 34 oyundan 39 xalla 11-ci yerdədir. “Atletiko Madrid” isə 63 xalla La Liqa turnir cədvəlində dördüncü yerdədir.

18:09

İspaniya La Liqasının 34-cü turunun “Vilyarreal” və “Levante” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Vilyarrealdakı “Estadio Céramica” stadionunda qarşılaşıblar. Ev sahibi komanda 5:1 hesabı ilə qalib gəlib.

38-ci dəqiqədə “Vilyarreal”ın hücumçusu Xorxe Mikautadze hesabı açıb. Yarımmüdafiəçi Karlos Espi 51-ci dəqiqədə hesabı bərabərləşdirib. 62-ci dəqiqədə hücumçu Alberto Moleyro ev sahibi komandanı yenidən irəli çıxarıb. 68-ci dəqiqədə Mikautadze ikinci qolunu vurub. 86-cı dəqiqədə Teiyon Byukenen “Vilyarreal”ın üstünlüyünü artırıb. 90-cı dəqiqədə hücumçu Nikolas Pepe yekun hesabı təmin edib.

“Vilyarreal” 34 oyundan 68 xalla İspaniya liqasında üçüncü yerdədir. 33 xalla “Levante” La Liqada 19-cu yerdədir.

İdman.Biz