A Seriyası: “Atalanta” ilə “Cenoa”nın oyununda hesab açılmayıb - YENİLƏNİB

2 May 2026 01:02
454
A Seriyası: “Atalanta” ilə “Cenoa”nın oyununda hesab açılmayıb

İtaliya A Seriyası mövsümünün 35-ci turunun “Atalanta” və “Cenoa” komandaları arasında keçirilən oyun başa çatıb. Komandalar Berqamodakı “Stadio Jewiss - Atleti Azzurri d'Italia” stadionunda oynayıblar.

Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

“Atalanta” İtaliya çempionatının turnir cədvəlində 35 oyundan 55 xalla yeddinci, “Cenoa” 40 xalla 14-cü, “İnter” isə 79 xalla birinci yerdədir.

22:05

İtaliya A Seriyası mövsümünün 35-ci turunun “Komo” və “Napoli” komandaları arasında keçirilən oyun başa çatıb.

Komandalar Komodakı “Cüzeppe Sinigalya” stadionunda oynayıblar. Hakim Mikael Fabbri idi. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

“Komo” İtaliya çempionatının turnir cədvəlində 35 oyundan 62 xalla beşinci, “Napoli” 70 xalla ikinci, “İnter” isə 79 xalla birinci yerdədir.

19:16

“Udineze” İtaliya çempionatının 35-ci turunda “Torino”nu 2:0 hesabı ilə məğlub edib.

Oyun “Blueenergy” stadionunda baş tutub.

Qolları Kinqsli Ehizibue (45+1) və Tomas Kristensen (51) vurdular.

“Udineze” 47 xal qazanaraq A Seriyasının turnir cədvəlində 10-cu yerə yüksəlib. “Torino” (41 xal) isə 13-cü yerdədir.

İdman.Biz