Mikel Arteta PSJ - “Bayern” oyununa heyran qalıb

2 May 2026 17:35
136
Mikel Arteta PSJ - “Bayern” oyununa heyran qalıb

​İngiltərənin “Arsenal” futbol komandasının baş məşqçisi Mikel Arteta Çempionlar Liqası çərçivəsində baş tutan PSJ - “Bayern” qarşılaşması haqqında fikirlərini bölüşüb.

​İdman.Biz xəbər verir ki, mütəxəssis bu görüşü karyerası ərzində izlədiyi ən yaxşı oyunlardan biri kimi qiymətləndirib. Arteta indiyə qədər belə bir səviyyəyə şahidlik etmədiyini vurğulayıb.

​Onun sözlərinə görə, meydandakı yüksək temp və dinamika təsadüfi deyil. İspaniyalı baş məşqçi futbolçuların meydanda keçirdiyi dəqiqələrin miqdarına və onların gümrahlığına diqqət yetirdikdə, nümayiş olunan performansın onu təəccübləndirmədiyini bildirib.

İdman.Biz