Qonsalo İquainin yeni imici görənləri heyrətləndirib - FOTO

2 May 2026 15:38
165
Qonsalo İquainin yeni imici görənləri heyrətləndirib - FOTO

“Yuventus”, “Real Madrid”, “Çelsi”, “Milan” və “Napoli” kimi futbol komandalarının keçmiş hücumçusu Qonsalo İquain son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib.

İdman.Biz xəbər verir ki, mayamidəki idman mağazalarından birində çəkilən foto sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Mağazaya gələn müştərilərdən biri argentinalı ulduzla şəkil çəkdirdiyini iddia etsə də, internet istifadəçilərinin çoxu fotodakı şəxsin məşhur futbolçu olduğuna inanmaqda çətinlik çəkib. Uzun saqqalı və fərqli stili ilə diqqət çəkən İquainin karyerasını bitirdikdən sonra xeyli dəyişdiyi məlum olub.

Karyerası ərzində bir çox nəhəng klubların şərəfini qoruyan 38 yaşlı keçmiş forvard sonuncu dəfə ABŞ-nin “İnter Mayami” klubunda çıxış edib. Hazırda futbolsuz həyatın dadını çıxaran veteran oyunçu vaxtının böyük hissəsini ailəsi ilə keçirir.

Qeyd edək ki, İquain Argentina millisinin heyətində 75 oyuna çıxaraq 31 qol vurub. O, karyerası ərzində üç dəfə İspaniya, üç dəfə isə İtaliya çempionu adını qazanıb.

İdman.Biz