Dünya şöhrətli kolumbiyalı müğənni Şakira Braziliyanın Rio-de-Janeyro şəhərində futbolla bağlı diqqətçəkən addım atıb.
İdman.Biz xəbər verir ki, o, məşhur "Makara" stadionunu ziyarət edib və Rio derbisinin iki əsas klubu olan "Flamenqo" və "Fluminense"nin formalarını hədiyyə olaraq alıb.
Bu addımdan sonra hər iki klubun azarkeşləri paylaşımlar edərək Şakiranı öz tərəfdarları kimi qəbul ediblər.
