“Barselona” yenidən “Kamp Nou”nu tərk edir Kataloniya təmsilçisi “Monjuik” stadionunda qayıdır

2 May 2026 13:38
161
“Barselona” yenidən “Kamp Nou”nu tərk edir
Kataloniya təmsilçisi “Monjuik” stadionunda qayıdır

İspaniyanın “Barselona” futbol komandası yenidən doğma meydanından köçmək məcburiyyətində qalıb. Buna səbəb klubun ev arenası olan “Kamp Nou” stadionunda yenidənqurma işlərinin davam etdirilməsidir.
İdman.Biz xəbər verir ki, rekonstruksiya planına əsasən, stadionun dam örtüyünün quraşdırılması prosesi 2027/28 mövsümünə təsadüf edəcək. Bu texniki işlər zamanı təhlükəsizlik qaydalarına görə oyunların azarkeşlərlə keçirilməsi qeyri-mümkün olacaq.
Tikinti işlərinin 2028-ci ilin ortalarına qədər yekunlaşması planlaşdırılır. Bu səbəbdən “göy-qırmızılılar” çempionatın ilk altı ayını “Monjuik” stadionunda keçirməli olacaqlar. Klub rəhbərliyi artıq müvafiq qurumlarla razılıq əldə edib.
Qeyd edək ki, yenidənqurma işlərinin tam başa çatmasından sonra “Kamp Nou” Avropanın ən müasir və tutumlu arenalarından biri olacaq.

İdman.Biz