“Porto” vaxtından əvvəl Portuqaliya çempionu olub

3 May 2026 02:17
323
“Porto” vaxtından əvvəl Portuqaliya çempionu olub

Portuqaliya Primeyra Liqasının 32-ci turunun matçında “Porto” 1:0 hesabı ilə “Alverka”ya qalib gəlib. Qarşılaşma Portodakı “Estadio do Dragão”da baş tutub.

Yan Bednarek matçın yeganə qolunu 40-cı dəqiqədə vurub.

Bu oyundan sonra “Porto” erkən olaraq Portuqaliya çempionluğunu qazanıb. “Əjdahalar” 32 oyundan sonra 85 xalla Primeyra turnir cədvəlinə başçılıq edir, “Benfika” isə eyni sayda oyundan sonra 76 xalla ikinci yerdədir. “Alverka” 38 xalla doqquzuncu yerdədir.

“Porto” 31-ci dəfə ölkə çempionu olub.

İdman.Biz