Liqa 1: “Lill” öz meydanında xal itirib

3 May 2026 19:14
126
Liqa 1: “Lill” öz meydanında xal itirib

Fransa Liqa 1-in 32-ci turu çərçivəsində “Lill” və “Havr” komandaları üz-üzə gəliblər. Mayın 3-də baş tutan qarşılaşmada qalib müəyyənləşməyib və oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri matçın 30-cu dəqiqəsində hesabı açıblar. Romen Perronun ötürməsindən sonra Hakon-Arnar Haraldsson topu rəqib qapısından keçirib. Lakin “Havr” məğlubiyyətdən qaçmağı bacarıb. Qonaqların heyətində İssa Sumare fərqlənərək komandasına bir xal qazandırıb. “Lill” qələbə topunu vurmaq üçün cəhd göstərsə də, bu səylər nəticəsiz qalıb.

Bu bərabərlikdən sonra 58 xalı olan “Lill” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Aktivində 32 xalı olan “Havr” isə 14-cü yerdədir.

İdman.Biz
Məqalədə: