Ser Aleks Ferqyuson xəstəxanaya yerləşdirilib

3 May 2026 19:31
163
Ser Aleks Ferqyuson xəstəxanaya yerləşdirilib

“Mançester Yunayted”in əfsanəvi sabiq baş məşqçisi ser Aleks Ferqyuson komandanın “Liverpul”a qarşı keçiriləcək oyunundan əvvəl xəstəxanaya aparılıb. 84 yaşlı şotlandiyalı mütəxəssis matçı izləmək üçün gəldiyi stadionda özünü narahat hiss etməyə başlayıb.

İdman.Biz xəbər verir ki, Ferqyuson oyunun başlamasına təxminən bir saat qalmış ehtiyat tədbiri olaraq xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə, vəziyyəti ümidvericidir və onun yaxın vaxtlarda evə buraxılacağı gözlənilir.

Bildirilir ki, bu hadisənin veteran məşqçinin 2018-ci ildə keçirdiyi beyin qanaması ilə heç bir əlaqəsi yoxdur.

İdman.Biz