“Barselona”nı ağır sanksiya gözləyir

3 May 2026 19:59
135
“Barselona”nı ağır sanksiya gözləyir

İspaniya futbolunda uzun müddətdir davam edən “Neqreyra işi” ilə bağlı yeni iddialar gündəmə gəlib. Hüquqşünas Felipe Qarsiyanın fikrincə, “Barselona” futbol komandası ölkə daxilində ciddi sanksiyalarla üzləşməsə də, UEFA tərəfindən daha sərt addımlar atıla bilər.

İdman.Biz xəbər verir ki, hadisələrin üzərindən uzun müddət keçməsi İspaniya daxilində cəza tədbirlərini çətinləşdirir. Lakin beynəlxalq qurumlar, xüsusən də UEFA, baş verənlərə qarşı daha sərt mövqe nümayiş etdirmək niyyətindədir.

Qarsiya qeyd edib ki, beynəlxalq orqanlar “Barselona”nın keçmiş hakimlə bağlı yaşadığı hadisələri diqqətdə saxlayır və müvafiq tədbirlərin görülməsi tamamilə realdır. Bu isə kataloniyalılar üçün yeni bir gərginliyin başlanğıcı ola bilər.

İdman.Biz