Almaniya Bundesliqasının 32-ci turu çərçivəsində “Frayburq” və “Volfsburq” komandaları üz-üzə gəliblər. Gərgin keçən görüşdə tərəflər hərəyə bir xalla kifayətlənməli olublar və oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın birinci hissəsində komandalar fərqlənə bilməyiblər. Hesab ikinci hissədə, matçın 55-ci dəqiqəsində açılıb. Kristian Eriksenin ötürməsindən sonra Konstantinos Kulierakis qonaqları önə keçirib. Lakin meydan sahibləri məğlubiyyətlə barışmayıblar. Görüşün 75-ci dəqiqəsində Yohan Manzambinin ötürməsini qola çevirən Filipp Linhart tarazlığı bərpa edib.
Bu nəticədən sonra xallarının sayını 28-ə çatdıran “Volfsburq” Bundesliqanın turnir cədvəlində 16-cı pilləyə yüksəlib. Aktivində 44 xalı olan “Frayburq” isə yeddinci yerdə qərarlaşıb.
22:04
Almaniya Bundesliqasının 32-ci turu çərçivəsində Dortmund “Borussiyası” səfərdə Münhenqladbax “Borussiyası”nın qonağı olub. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matçın taleyini həll edən yeganə qolu 88-ci dəqiqədə Haris Tabakoviç rəqib qapısından keçirib.
Bu, dortmundluların son dörd oyunda aldığı üçüncü məğlubiyyətdir. Aktivində 67 xalı olan Dortmund təmsilçisi Bundesliqada ikinci pillədə qalır. Münhenqladbax klubu isə xallarının sayını 35-ə çatdıraraq 11-ci yerə yüksəlib.
20:06
Almaniya Bundesliqasında 32-ci turun oyunları keçirilir. “Sankt-Pauli” doğma meydanda “Mayns” komandasını qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, “Mayns” matçın altıncı dəqiqəsində hesabı açıb. Şeraldo Bekerin ötürməsindən sonra Fillip Tits topu rəqib qapısından keçirib. 40-cı dəqiqədə meydan sahibləri qapısında ikinci qolu görüblər. Bu dəfə Silvan Vidmerin assistentliyi ilə Filipp Mvene fərqlənib.
“Sankt-Pauli” oyunun sonlarında fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib. 88-ci dəqiqədə Abduli Sisey təsəlli qoluna imza atıb.
Bu qələbədən sonra xallarının sayını 37-yə çatdıran “Mayns” turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. Aktivində 26 xalı olan “Sankt-Pauli” isə 16-cı yerdədir.
