“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 35-ci turunda 2Liverpul”u məğlub edərək gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanıb.
İdman.Biz-in “Sky Sports”a istinadən verdiyi məlumata görə, Avropanın ən nüfuzlu klub yarışına vəsiqə qazanmaq mankunianlılara 80 milyon funt sterlinqdən çox qazanc gətirəcək.
Mənbəyə görə, klub Çempionlar Liqasının qrup mərhələsində iştirak etdiyi üçün təxminən 70 milyon funt sterlinq alacaq. Əlavə 10 milyon funt sterlinq dəstin sponsoru “Adidas”dan bonus olaraq təmin edilib.
Həmçinin qeyd olunur ki, “Mançester Yunayted” yarışın pley-off mərhələsinə uğurla vəsiqə qazanarsa, əlavə 20 milyon funt sterlinq qazana bilər.
Çempionlar Liqasında iştirakdan əldə edilən maliyyə gəlirinin klubun yay transfer kampaniyasına əhəmiyyətli dərəcədə təsir göstərə və yeni oyunçularla müqavilə imzalamasına kömək edə biləcəyi bildirilir.
