“Pari Sen-Jermen”in baş məşqçisi Luis Enrike üçüncü UEFA Çempionlar Liqası kubokunu qazanmağa bir addım daha yaxınlaşaraq komandanı turnirin finalına çıxarıb.
İdman.Biz bildirir ki, yarımfinalda PSJ “Bavariya” komandasını ümumi hesabda 6:5 hesabı ilə məğlub edib. Mayın 6-da “Arena Munich”də keçirilən cavab oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb, ilk oyunda isə parislilər 5:4 hesabı ilə qalib gəliblər.
Daha əvvəl yalnız məşqçilər Karlo Ançelotti, Bob Peysli, Zinəddin Zidan və Xosep Qvardiola oxşar uğura imza atıblar.
Luis Enrike və PSJ Çempionlar Liqasının hazırkı qalibləridir. Enrike həmçinin 2014/2015 mövsümündə “Barselona” ilə turnirin qalibi olub.
