Avropa çempionatlarının son oyunlarından sonra 2026/27 Çempionlar Liqasında mübarizə aparacaq 21 komandanın adı təsdiqlənib.
İdman.Biz-in məlumatına görə, turnirdə iştirak etmək hüququ qazanmış son komanda “Aston Villa”dır. O, “Liverpul”u 4:2 hesabı ilə məğlub edərək İngiltərə Premyer Liqasının ilk beşliyində yerini təmin edib.
Aşağıdakı komandalar indiyə qədər Çempionlar Liqasına vəsiqə qazanıb:
İngiltərə - Arsenal, Mançester Siti, Mançester Yunayted, Aston Villa
İspaniya - Barselona, Real Madrid, Vilyarreal, Atletiko Madrid, Betis
Almaniya - Bavariya, Borussiya Dortmund, RB Leypsiq
Fransa - PSJ, Lans
İtaliya - İnter
Niderland - PSV, Feyenoord
Portuqaliya - Porto
Çexiya - Slaviya Praqa
Türkiyə - Qalatasaray
Ukrayna - Şaxtyor Donetsk
Xatırladaq ki, Çempionlar Liqasının əsas mərhələsində 36 komanda mübarizə aparacaq.
