İngiltərə Premyer Liqasının 37-ci turunda “Liverpul” “Aston Villa”ya 2:4 hesabı ilə məğlub olub.
İdman.Biz bildirir ki, beləliklə, mersisaydlılar bütün yarışlarda bir mövsümdə məğlubiyyət sayına görə bütün zamanların antirekordunu müəyyənləşdiriblər.
“Anything Liverpool” sosial media hesabına görə, bu məğlubiyyət “Liverpul”un bu mövsüm bütün yarışlarda 20-ci məğlubiyyəti olub və menecer Arne Slot klub tarixində 20 və ya daha çox matçda məğlub olan ilk məşqçi olub. Bu reytinqdə məşqçi üçün əvvəlki rekord 2004/2005 və 2009/2010 mövsümlərində “Liverpul” ilə 19 oyunda məğlub olan ispan çalışdırıcı Rafael Benitesə məxsus idi.
Bu mövsüm “Liverpul” Premyer Liqada 12, Çempionlar Liqasında beş, həmçinin İngiltərə Kuboku, Liqa Kuboku və İngiltərə Superkubokunda bir dəfə məğlub olub.
