“Aston Villa” “Liverpul”a qalib gələrək dördüncü yerə yüksəldi - VİDEO

16 May 2026 01:04
163
“Aston Villa” “Liverpul”a qalib gələrək dördüncü yerə yüksəldi

İngiltərə Premyer Liqasının 37-ci turunun “Aston Villa” və “Liverpul” komandaları arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, “Aston Villa” oyunu 4:2 hesabı ilə qazanıb. Oyun Birminhemdəki “Villa Park”da baş tutub.

42-ci dəqiqədə Morqan Rocers hesabı açaraq “Villa”ya üstünlük qazandırıb. Vircil van Deyk 52-ci dəqiqədə bərabərlik qolunu vurub. Olli Uotkins 57-ci dəqiqədə “Aston Villa”nı irəli çıxarıb, 73-cü dəqiqədə o, dubl edib. Con Makginn 89-cu dəqiqədə hesabı 4:1 edib. Van Deyk 90+2-ci dəqiqədə matçdakı ikinci qolunu vurub.

Bu oyundan sonra “Aston Villa” İngiltərə Premyer Liqasının turnir cədvəlində 62 xalla dördüncü, “Liverpul” isə 59 xalla beşinci yerdədir.

İdman.Biz