Türkiyə Superliqasında sonuncu, 34-cü turun bir oyunu baş tutub.
İdman.Biz bildirir ki, “Beşiktaş” “Rizespor”un qonağı olub.
Matç 2:2 hesabı ilə bitib.
Meydan sahiblərindən qolları Ali Sou (18, 31) vurub. Qonaqlardan Jota Silva (55) və Vatslav Çernı (62) fərqləniblər.
Beləliklə, “Beşiktaş” çempionatı 60 xalla 4-cü yerdə başa vurub.
“Rizespor” 41 xalla 8-ci yerdə qərarlaşıb. “Rizespor”dan 1 oyun az keçirmiş “Konyaspor”un 40 xalı var.
