“Liverpul” 33 yaşlı Alisson Bekkerin əvəzedicisi kimi “Brayton”un qapıçısı Bart Verbruggenlə maraqlanır.
İdman.Biz-in TEAMtalk-a istinadən məlumatına görə, media əvvəllər braziliyalı futbolçunun “Yuventus”a keçə biləcəyini bildirmişdi.
Mənbənin məlumatına görə, “qırmızılar” bu yay Verbruggeni əldə etmək ehtimalını istisna etmir. 23 yaşlı futbolçu “Brayton”dan ayrılmağa hazırdır. Bununla belə, “Tottenhem Hotspur” nidelandlı futbolçu üçün “Liverpul”un rəqibi ola bilər.
Bu mövsüm Verbruggen bütün yarışlarda 36 oyunda meydana çıxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.
