Portuqaliyalı məşqçi Joze Mourinyonun “Real Madrid”in yeni baş məşqçisi olmaq şansı 99,9% -dir.
İdman.Biz-in “Marca”ya istinadəın məlumatına görə, hazırda gözlənilməz olan bir fors-major hadisə buna mane ola bilər.
Mənbənin məlumatına görə, “Real Madrid2də hazırkı sədri Florentino Peresin təşəbbüsü ilə başlayan bu yaxınlarda başlanmış prezident seçkiləri prosesi Mourinyonun təyinatına mane olmayacaq. Portuqaliyalı məşqçinin 23 mayda mövsümün sonunda komandaya rəhbərlik etməsi ehtimalı var.
“Kral klubu” Mourinyonun müqaviləsinin vaxtından əvvəl ləğvi üçün hazırkı klubu “Benfika”ya 3 milyon avro təzminat ödəyəcək. Məşqçinin transferlərdə söz sahibi olacağı vurğulanır.
Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər “Real Madrid”ə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda İspaniya liqasını, İspaniya Kubokunu və İspaniya Superkubokunu qazanıb.
