“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silva karyerasını harada davam etdirmək istədiyini açıqlayıb və “Barselona”ya mümkün keçidi ilə bağlı sualı cavablandırıb.
İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçu əvvəllər mövsümün sonunda İngiltərə klubundan ayrılacağını təsdiqləmişdi.
“[İstəyirəm] elə bir şey ki, hələ də rəqabətədavamlı hiss edə bilim, ən yüksək səviyyədə oynaya bilim, hələ də istədiyim budur, ailəmin xoşbəxt olacaq. Bir ideyam və seçimlərim var, amma görəcəyik nə olacaq.
“Barselona”? Konkret klublar haqqında danışmaq istəmirəm. Həqiqətən də harada olacağımı bilmirəm. Agentimə dedim ki, onunla 25-də, 2Aston Villa” ilə oyundan sonrakı gün danışacağam. Sadəcə, buradakı son oyunlarımdan zövq almaq və onlara diqqət yetirmək istəyirəm. Bu doqquz il möhtəşəm keçdi. Daha bir neçə titulla başa vurmaq əla olardı. Yaxşı bir notla başa vurmaq istəyirəm”, - deyə Bernardu Silva “The Athletic”ə bildirib.
Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 50 oyunda meydana çıxıb, üç qol vurub və beş məhsuldar ötürmə edib. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 27 milyon avrodur.
