“Vest Hem” yarımmüdafiəçi Mateuş Fernandeşi almaq istəyən istənilən klubdan təxminən 70 milyon funt sterlinq (80 milyon avro) tələb etmək niyyətindədir.
İdman.Biz bu barədə TEAMtalk-a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” 21 yaşlı futbolçu üçün son həftələrdə onunla bağlı sorğular aparan “Arsenal”, “Çelsi”, “Liverpul” və “Mançester Siti”dən rəqabətlə üzləşə bilər. PSJ də portuqaliyalı futbolçunu izləyir. “Vest Hem” yarımmüdafiəçi üçün təyin etdiyi qiymət bəzi klubların qərarlarına təsir göstərə bilər.
Fernandeş bu mövsüm bütün yarışlarda 40 oyunda iştirak edib, beş qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.
