PSJ “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanır.
İdman.Biz-in AS-a istinadən məlumatına görə, “ağ-qaralar” yaxşı təklif alsalar, 23 yaşlı futbolçunu satmağı ciddi şəkildə nəzərdən keçirməyə hazırdırlar.
Mənbənin məlumatına görə, “Real Madrid” klubu 2021-ci ildən komandada çıxış edən fransız yarımmüdafiəçinin perspektivlərinə şübhə ilə yanaşır.
Bu mövsüm Kamavinqa bütün yarışlarda 42 oyunda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.
