Noyer “Bavariya” ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb

15 May 2026 21:06
165
Noyer “Bavariya” ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb

“Bavariya” sosial media səhifəsində 40 yaşlı qapıçı və kapitan Manuel Noyerin müqaviləsini uzadıb.

İdman.Biz bildirir ki, alman qapıçının yeni müqaviləsi 2027-ci ilə qədərdir.

Münhen klubu həmçinin 37 yaşlı qapıçı Sven Ulrayxın müqaviləsini 2027-ci ilə qədər uzadıb.

Noyer 2011-ci ildən, yəni “Şalke”dən transfer olunduğundan “Bavariya”da çıxış edir. Bu müddət ərzində qapıçı bütün yarışlarda 597 oyunda meydana çıxıb və 269 dəfə qapısını toxunulmaz saxlayıb. Alman qapıçı klubla 13 dəfə Almaniya çempionluğu və iki dəfə Çempionlar Liqası titulunu qazanıb. Transfermarkt portalındakı məlumata görə, 40 yaşlı qapıçının bazar dəyəri 4 milyon avrodur.

İdman.Biz