“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola qarşıdan gələn İngiltərə Kuboku finalı barədə danışıb.
İdman.Biz bildirir ki, sabah “şəhərlilər” turnirin final matçında “Uembli”ə “Çelsi” ilə qarşılaşacaqlar. Bu, “Siti”nin ardıcıl dördüncü finalıdır və əvvəlki iki finalda “Siti” uduzub.
“Əlbəttə ki, həyəcan var. Ümid edirəm ki, son iki dəfədən daha yaxşı çıxış edə bilərik. Yeni oyunçularımız var, keçmiş geridə qalıb. İndi isə “Çelsi”yə qarşı yeni oyundur. Finaldayıq və kuboku qazanmağa çalışmalıyıq.
Azarkeşlərimiz Londona gəlmək üçün inanılmaz səy göstərirlər. Bu, ucuz deyil. Biz qalib gəlmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, həmişə oyun planının bir hissəsidir”, - Qvardiola deyib.
