“Real Madrid”in hücumçusu Kilian Mbappe klubda onun nüfuzuna xələl gətirməyə çalışan insanların olduğunu düşünür.
İdman.Biz-in “Marca”ya istinadən məlumatına görə, fransız futbolçu bundan inciyib.
İspan nəşrinin məqaləsində vurğulanır ki, “Los Blancos”un baş məşqçisi Alvaro Arbeloa əvvəllər fransız futbolçunun hisslərini incidən bir neçə açıqlama verib.
Cümə axşamı, 14 may tarixində, “Real Madrid”in La Liqanın 36-cı turunda “Ovyedo” üzərində 2:0 hesablı qələbəsindən sonra Mbappe jurnalistlərə müraciət edərək Arbeloanın ona komandanın dördüncü hücumçusu olduğunu dediyini görə start heyətində olmadığını bildirib. Mətbuat konfransında ispaniyalı məşqçi hücumçunun açıqlamalarını təkzib edib və heç vaxt Mbappenin komandanın dördüncü hücumçusu olduğunu demədiyini vurğulayıb.
