“Çelsi” və “Mançester Yunayted” “Bolonya”nın hücumçusu Conatan Rou ilə maraqlanır.
İdman.Biz bu barədə TEAMtalk-a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, İtaliya klubu 23 yaşlı hücumçunu satmaq istəmir, lakin 40-45 milyon avroluq təklif alınarsa, bunu edə bilər. “Çelsi” və “Mançester Yunayted” skautları Rounun oyunlarını izləyir. “Qalatasaray” və “Aston Villa” da potensial olaraq ingilis futbolçunun transferi uğrunda mübarizə aparır.
Bu mövsüm Rou bütün yarışlarda 42 oyuna çıxıb, səkkiz qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 20 milyon avrodur.
