“Bavariya” “Mançester Siti”nin müdafiəçisi ilə maraqlanır

20 May 2026 03:45
184
“Bavariya” “Mançester Siti”nin müdafiəçisi ilə maraqlanır

Münhen “Bavariya”sı “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol ilə müqavilə imzalamağa hazırlaşır.

İdman.Biz-in xəbərinə görə, “Bild” nəşri Münhen klubunun xorvat mərkəz müdafiəçisi ilə xüsusi maraqlandığını bildirib.

“Bavariya”nın keçmiş kapitanı və futbol mütəxəssisi Lotar Matteus xəbəri təsdiqləyərək klubun artıq ilkin rəsmi sorğular apardığını qeyd edib.

“Bavariya” hesab edir ki, Qvardiol əvvəllər “RB Leypsiq”də oynadığı Bundesliqaya qayıtmağı nəzərdən keçirə bilər.
Bu mövsüm müdafiəçi İngiltərə klubunda 24 oyunda meydana çıxıb, iki qol vurub və beş məhsuldar ötürmə edib. Transfermarkt onun dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

İdman.Biz