Növbəti dəfə İngiltərə çempionu başqa ölkədən olan məşqçi olub.
İdman.Biz bildirir ki, “Arsenal”ı idarə edən ispaniyalı Mikel Arteta karyerasında ilk dəfə Premyer Liqanın qalibi olub.
Premyer Liqa tarixində, yəni, 1992-ci ildən bəri heç bir ingilis məşqçisi bu titulu qazanmayıb.
Şotlandiyalı Aleks Ferqyuson 13, ispaniyalı Pep Qvardiola altı, portuqaliyalı Joze Mourinyo üç, fransalı Arsen Venger isə üç titul qazanıb. Premyer Liqanı qazanan digər ingilislər arasında italyanlardan Karlo Ançelotti, Antonio Konte, Roberto Mançini və Klaudio Ranyeri, çilili Manuel Pelleqrini, şotlandiyalı Kenni Dalqliş, almaniyalı Yurgen Klopp və niderlandlı Arne Slot da var.
İngilislər sonuncu dəfə İngiltərə çempionatını 1991/92 mövsümündə qazanıblar, bu, Premyer Liqanın yaranmasından əvvəlki son mövsüm olub. Hovard Uilkinson Futbol Liqasının Birinci divizionunu “Lids Yunayted”lə qazanıb.
