İngiltərə Premyer Liqasının 37-ci turunda “Bornmut”un “Mançester Siti” ilə 1:1 hesablı heç-heçəsindən sonra “Çelsi” Çempionlar Liqasına vəsiqə qazanmaq şansını itirib.
İdman.Biz-in məlumatına görə, son oyun günündən əvvəl Andoni İraolanın komandası 56 xalla turnir cədvəlində altıncı yerdədir.
“Çelsi”nin isə 52 xalı var. Londonlular mövsümün qalan oyunlarında “Bornmut”a çata bilməyəcəklər.
Premyer Liqada altıncı yeri tutan komanda “Aston Villa” isə Avropa Liqasını qazanıb Premyer Liqada beşinci yeri tutarsa, Çempionlar Liqasına vəsiqə qazanacaq.
Birminhem komandası finalda “Frayburq”la qarşılaşacaq.
