“Arsenal” 22 ildən sonra çempion oldu!

20 May 2026 00:32
156
“Arsenal” 22 ildən sonra çempion oldu!

“Arsenal” 37-ci turda “Mançester Siti” ilə “Bornmut” arasında 1:1 hesablı heç-heçədən sonra 2025/26 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub.

Bir oyun qalmış London klubu 82 xalla birinci yerdədir. 78 xalla “şəhərlilər” ikinci yerdədir və titul qazanmaq şansını itirib.

İngiltərə Premyer Liqasının 37 oyununda “Arsenal” 25 dəfə qalib gəlib, yeddi dəfə heç-heçə edib və beş dəfə uduzub. Mikel Artetanın komandası yarışın sonuncu, 38-ci turunda “Kristal Palas”la qarşılaşacaq. Oyun 24 mayda Londondakı "Selhurst Park"da keçiriləcək.

“Arsenal”ın sonuncu İngiltərə çempionluğu 2003/2004 mövsümündə olub. Həmin vaxt komandaya Arsen Venger rəhbərlik edib.

Bu, London klubunun 14-cü liqa tituludur. Komanda daha əvvəl 1930/31, 1932/33, 1933/34, 1934/35, 1937/38, 1947/48, 1952/53, 1970/71, 1988/89, 1990/91, 1997/98, 2001/02 və 2003/04 mövsümlərində İngiltərə Premyer Liqasını qazanıb.

Yalnız hər biri 20 çempionluqla “Liverpul” və “Mançester Yunayted” “Arsenal”dan irəlidədirlər.

İdman.Biz