Londonun “Vest Hem Yunayted” klubu 2025/26 mövsümünün sonunda İngiltərə Premyer Liqasındakı yerini qoruya bilməsə, xeyli sayda oyunçu satışını planlaşdırır.
İdman.Biz bu barədə “The Guardian” istinadən bildirir.
Mənbəyə görə, klub maliyyə dayanıqlığını təmin etmək və Maliyyə Ədalətli Oyun qaydalarına riayət etmək üçün təxminən 100 milyon funt sterlinq (115 milyon avro) dəyərində oyunçu satmalı olacaq.
“Vest Hem” hazırda Premyer Liqanın turnir cədvəlində 36 xalla 18-ci yerdədir və 17-ci yerdəki “Tottenhem Hotspur”dan iki xal geridədir. Onların mövsümün sonuna bir oyunu qalıb, “Tottenhem”in isə iki oyunu var. “Tottenhem” “Çelsi”ni məğlub edərsə, “Vest Hem” Çempionşipə erkən düşə bilər.
