Mikel Arteta məşqçilik karyerasında daha bir kubokunu qazanıb.
İdman.Biz bildirir ki, “Arsenal” İngiltərə Premyer Liqasında erkən çempionluğunu elan edib.
Bu, Artetanın məşqçi kimi dördüncü tituldur; o, tutulları “topçular”ın sükanı arxasında olarkən qazanıb. 2019/20 mövsümündə Arteta İngiltərə Kubokunu udub, iki dəfə isə 2020 və 2023-cü illərdə İngiltərə Superkubokunu qazanıb.
İngiltərə Premyer Liqasındakı bu qələbə Artetanın həm məşqçi, həm də oyunçu kimi ilk qələbəsi olub: keçmiş yarımmüdafiəçi “Arsenal”da olarkən İngiltərə Kubokunu və Superkubokunu iki dəfə qazanıb.
Mikel Arteta həmçinin İngiltərə Premyer Liqasında oynamış, sonra isə baş məşqçi olaraq bu liqanı qazanmış ilk şəxsdir.
İspaniyalı mütəxəssis 2019-cu ilin dekabr ayından bəri “Arsenal”ı çalışdırır.
